Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün AzərbaycanRespublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
DİM-dən Metbuat.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_... keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə ‑138 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dan 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub