Azərbaycanda ölümə sürükləyən yeni oyun yayıldı "Mariam" - VİDEO

897
Azərbaycanda ölümə sürükləyən yeni oyun yayıldı "Mariam" - VİDEO

"Mavi balina" kabusundan sonra indi də "Mariam" adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə 3- də zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir. Bəzi ölkələrdə qadağan edilsə də, hazırda bu təhlükəli oyun Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.

"Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək".

Mynews.az "Xəzər xəbər"ə istinadən məlumat verir ki, bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan "Mariam" adlı oyundandır. Araşdırmalara görə, Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə "Mavi balina" oyunundan da təhlükəlidir. Oyunda "Mariam" adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra "Facebook" və "WhatsApp" bilgilərini paylaşmaq tələb olunur.

Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.

Mütəxəssislər bildirir ki, valideynlər övladlarını həyatı təhdid edən bu tip oyunlardan uzaq tutmalıdır. Qeyd edək ki, sözügedən oyun Türkiyədə 12 yaşlı yeniyetmənin intiharına səbəb olub.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekton Təhlükəsilik Xidmətinin də mövqeyi öyrənilib. Qurumdan bildirildi ki, hazırda bu məsələ araşdırılır, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir görüləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Xəbər lenti