Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.
Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.
E. Allahverdiyev uzun müddət bank sektorunda çalışıb.
O, həmçinin Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub