Avtomobilinin üzərinə vinil çəkdirən sürücü bir aydan çoxdur ki, onu qeydiyyata saldıra bilmir. Milli.Az bildirir ki, Bakı sakini Turan Əliyev qanunvericiliyin tələbinə uyğun olaraq, avtomobilinin üzərinə göy rəngdə vinil çəkdirdiyini, rəngdəyişməni qeydiyyata salmaq üçün lazım olan bütün sənədləri topladığını deyir.
Turan Əliyev deyir ki, əlində bütün sənədlər olsa da, Baş Dövlət Yol Polisi İdarəsi sənədləşməni həyata keçirmir. Əsas kimi isə o göstərilir ki, qanunvericilikdə vinillə rəngdəyişmə nəzərdə tutulmayıb.
Yaranmış problem səbəbindən 1 aydan çoxdur ki, sürücü avtomobilini idarə edə bilmir. İndi Turan Əliyev onu öyrənmək istəyir ki, avtomobilinin rəngdəyişməsinin hansı qanununun, hansı müddəasına əsasən imtina edilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yol hərəkətinin təhlükəsizliyi baxımından dünya təcrübəsində də avtomobillərin rənginin boya əvəzinə vinillə dəyişdirilməsi məqsədəuyğun hesab edilmir. Avtomobilin rəngi isə ancaq zavodun müəyyənləşdirdiyi sahə standartlarına uyğun boya ilə dəyişdirilə bilər. /xezerxeber.az
1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
389 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
366 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
361 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
350 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
344 dəfə oxunub