Paytaxtın müxtəlif yerlərində qanunsuz olaraq müxtəlif reklamlar yapışdırılır.
Mynews.az xəbər verir ki, Bakı şəhərinin müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.
Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirir ki, belə hallarla mübarizə aparılır. İlk olaraq isə bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görülür.
Ancaq şəhərin müxtəlif yerlərinə qanunsuz olaraq elan yapışdıran şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Qurumun sözçüsü onu da qeyd etdi ki, "Reklam daşıyıcılarının onlayn qeydiyyat" sistemi qısa zamanda istifadəyə veriləcək. Bununla da reklam vermək istəyən şəxslər ərazidən asılı olaraq xərclərini avtomatik öyrənə biləcək. Bu isə reklam sahəsində həm şəffaflığı təmin edəcək, həm də reklam vermək üçün əlavə vaxt itkisnə ehtiyac qalmayacaq.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub