Bakıda “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilir - FOTOLAR

862

Bu gün ADA Universiteti Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə Bakıda "Təhsilin Strateji Planlaşdırılması: Düşüncələr və Perspektivlər" adlı Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimini keçirib.

Bakıda “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilir - FOTOLAR


	

Mynews.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Vəfa Kazdal əlavə edib ki, təhsil sahəsində olan fəaliyyət dərhal uğurlara gətirib çıxarmır, bu uğurların olması üçün uzun müddət lazımdır.

V.Kazdal deyib ki, konfransda milli ekspertlərlə yanaşı , xarici ekspertlər də çıxış edəcək və öz fikirlərini bölüşəcəklər.

Onun sözlərinə görə, konfransda Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına dair dörd istiqamətdə - "Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi", "Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi ", "Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması" və "Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması" panelləri ətrafında müzakirələr aparılacaq. İki gün ərzində konfrans iştirakçıları təhsil sahəsində nüfuzlu beynəlxalq ekspertlərdən təhsilin müxtəlif səviyyələrində tətbiq edilən aparıcı beynəlxalq təcrübə ilə tanış olacaq, təhsilin idarəçiliyi islahatlarında siyasəti müəyyənləşdirən maraqlı tərəflər və onların prosesdə iştirakına dair müxtəlif ölkələrdən rəyləri dinləyəcəklər. Konfrans çərçivəsində ADA Universitetinin Təhsil İnstitutunun bu il təhsilin idarəedilməsi ixtisası üzrə məzun olan ilk buraxılışının diplom işləri və apardıqları elmi araşdırmanın nəticələri ətrafında da fikir mübadiləsi qurulacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, gələn il bütün təhsil sistemi üçün çox böyük əhəmiyyətli il olacaq: "Gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər.

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans üçün video müraciəti səsləndirilib.


                        
                        
                                                                                    
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                            
                                                                                                    

Xəbər lenti