"Müəllimlərin 90 faizdən çoxu diaqnostik qiymətləndirməyə cəlb olunub. Hazırda diaqnostik qiymətləndirməyə hər hansı səbəbdən bu prosesdə iştirak edə bilməyənlər qatılır".
Mynews.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri göstərir ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var: "Müəllimlər 3-5 ildən bir diaqnostik qiymətləndirmədən keçməlidir. Diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq".
E. Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar hazırlanacaq: "Bunun üçün isə ilk olaraq bu məsələ qanunvericiliyə daxil edilməlidir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub