Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən ay 820 352 müraciət qeydə alınıb.
Nazirlikdən Mynews.az-a verilən xəbərə görə, bu göstərici ilə nazirlik “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ümumilikdə may ayında portal vasitəsilə edilən müraciətlərin ümumilikdə 43 faizini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid müraciətlər təşkil edib.
Son bir ayda “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (366 331 müraciət), “İş yerinə dair arayış” (59 475 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (46 535 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39 546 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (29 122 müraciət), “Pensiya kalkulyatoru” (27 669 müraciət) və s. kimi e-xidmətlər daha çox maraq dairəsində olub.
Bundan başqa “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərdən istifadə olunub.
Hazırda nazirlik tərəfindən əhaliyə 28 adda e-xidmət göstərilir. Həmin e-xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin şəffaf şəkildə təqdim edilməsinə və daha əlçatan olmasına, bu sahələrdə məmur-vətəndaş təmasının minimal səviyyəyə enməsinə imkan verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub