Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.
Mynews.az xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərinin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.
Belə ki, akademik Nərgiz Paşayeva həm Rəyasət Heyətinin yeni üzvü, həm də vitse-prezident seçilib. O, təhsil sahəsi üzrə işlərə baxacaq. Biologiya sahəsi üzrə isə İradə Hüseynova da həm üzv, həm də vitse-prezident seçilib. Akademiyanın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. O da eynizamanda, Rəyasət Heyətinə üzv seçilib.
AMEA-nın digər vitse-prezidentləri vəzifələrinə yenidən akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev seçki yolu ilə seçiliblər.
Bundan başqa, səsvermə nəticəsində Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub