Hamımızın sevərək yediyimiz çörəklə bağlı mütəxəssislər xəbərdarlıq edir.
Mynews.az xəbər verir ki, çörək uşaqlar başda olmaqla hər kəsin kökəlməsinə səbəb olur.
Tətildə uşaqların necə qidalanmalı olduğu haqda danışan türkiyəli mütəxəssis Fevzi Özgönül bildirib ki, əgər uşaqlarınız kökəlməyə meyllidirsə tətil vaxtı sağlam qidalanma və idman etdirməyə başlayın:
“Uşaqlar yuxudan oyanan kimi səhər yeməyi verin. Səhər yeməyində isə çox asan həzm olunan müxtəlif yeməklər olmalıdır.
Yumurta qayğanağı hazırlayın, süfrəyə uşaqlarınızın sevdiyi müxtəlif pendir çeşidləri qoyun. Əsla kəpəkli çörək olmasın.
Tamamilə taxıldan, çovdardan ya da kənd çörəyi dediyimiz acıtma ilə hazırlanmış çörək verin. Çünki, kəpək bağırsaqdakı dəmir və kalsium həzm edilməsini əngəllədiyi üçün uşaqlara məsləhət görülmür.
Mövsümə uyğun - pomidor, xiyar və tərəvəzi süfrədən əksik etməyin”.
Mütəxəssis analara uşaqlarına günorta yeməyində “fast fud” adlandırdığımız hazır yeməklər əvəzinə ev yeməkləri hazırlamağı məsləhət verib:
“Yeməyin ardınca şorba içirtməyə çalışın. Bu həzm sistemini asanlaşdırır.
Hər yeni gün yeni yeməklər daddırmağa səy göstərin. Çörəyi az yemələrini tövsiyə edin”. oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub