Kuveytli investor Bakıda yerləşən "Monolit Plaza" lüks hotelini alıb.
Mynews.az bildirir ki, bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: "Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin Bakıda torpaq sahəsini icarəyə götürüb".
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.
Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub