Leyla Əliyeva Moskvada iftar verdi

665
Leyla Əliyeva Moskvada iftar verdi

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyilə baş tutub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, hər il Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Poklonnaya qora adlanan yerdə qurulan Ramazan çadırında “Azərbaycan Günü” keçirilir: 

“Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır”.
Ramazan çadırındakı “Azərbaycan Günü”nü açan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ötən il Azərbaycanda “İslam həmrəyliyi ili”nin qeyd olunduğunu vurğulayıb: 

“İslam həmrəyliyi ili” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.

Tədbirdə “Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.

Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Xəbər lenti