Onları narahat edən məsələ gündəlikdən çıxarıldı
Milli Milli Məclisin bu gün keçirilən iclasında müzakirəsi təxirə salınan məsələlər açıqlanıb.
Mynews.az xəbər verir ki, müzakirəsi təxirə salınmış gündəlikdəki 13-cü məsələ - "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumunun 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun isə 17 manatdan 25 manata qaldırılması nəzərdə tutulurdu.
Bundan başqa, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda ödənilən rüsumun 2500 manatdan 3000 manata, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1000 manatdan 1500 manata qaldırılması təklif edilirdi.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub