Bakı şəhərinin Binəqədi rayonunda ana baxa bilmədiyini deyərək, dörd uşağını sığınacağa atıb.
Bunu Mynews.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, valideynlər uzun müddətdir ki, uşaqların internata yerləşdirilməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət ediblər:
“Ana erkən nikah qurbanıdır. Altı uşaq dünyaya gətirib. Cütlük boşanıb. Uşağın birini atası himayəsinə götürüb. Səbəb kimi onu çox istədiyini qeyd edib. Digər beş uşaq isə ananın himayəsindədir.
Uşaqları sığınacağa gətirdi və bildirdi ki, artıq onlara baxa bilmir. Sonuncu uşaq altı aylıq olduğu üçün onu götürə bilmədik.
Ana mənə bildirdi ki, uşaqların internata köçürülməsi ilə bağlı onda sərəncam var. Həmin sərəncam gətirilən zaman onlar uşaq evinə köçürüləcəklər”.
Mehriban Zeynalova qeyd edib ki, uşaqlar sığınacağa gətirilən zaman baxımsız halda olublar:
“Üçü oğlan, biri qızdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub