Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Mynews.az Trend-ə istinadən bildirir ki, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.
Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.
Qeyd olunub ki, DNT məlumat bankının köməkliyi ilə naməlum meyitlər, qətl, ayrı-ayrı bədən hissələrinin mənsubiyyəti, zorlama, quldurluq, soyğunçuluq, oğurluq, yol-nəqliyyat hadisələri üzrə şəxsiyyətlər müəyyən edilib.
Sonda tədbir iştirakçıları DNT məlumat bankının fəaliyyəti ilə tanış olublar.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub