Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir.
Mynews.az məlumat verir ki, bunu Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun bildirdiyinə görə, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun mütləq qüvvəsi olan 30-a yaxın qərarı ilə bağlı müraciətlər daxil olub:
“Bu müraciətlər hüququn müxtəlif sahələrinə aiddir.
Ümumiyyətlə, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında əksini tapıb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub