Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb.
Mynews.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov nazirliyin illik hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda məsələ barədə müvafiq qərar qəbul ediləcək:
“Şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə 2018/2019-cu tədris ilindən tətbiq olunacaq”.
Ceyhun Bayramov ali təhsil müəssisələrinə qəbul üzrə ediləcək dəyişiklikdən də danışıb:
“Əsasən, iki dəyişiklik nəzərdə tutulur. Dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq:
“Məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı beşdən üçə düşəcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub