Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvətilə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.
Məclis aparatından Mynews.az-a verilən məlumata görə, iyunun 21-də nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyarət edib.
Bildirilib ki, insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələrdən olan Çin səddinin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib.
Çinin şərqindən qərbinə doğru uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.
UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qürur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub