Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə cənubdan daxil olur

2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb.

Mynews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyədən çıxarılma halları artıb:

“Bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən aparılan mübarizə aktivləşib. 2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb. Aidiyyəti nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.

Bu problem ölkəmiz üçün spesifik problem deyil. Amma ölkədə, regionda böyük həcmli, tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, eləcə də, qaz, neft, istər digər sahələrdə yük daşımaları artdığı üçün, təbii ki, beynəlxalq narkomafiyanın ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Aidiyyəti qurumlar bu məsələ barədə tədbirlər görməlidir”.

Əli Həsənov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, orada narkotik vasitə istifadəçisi olmasın:

“Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Azərbaycanın iqtisadi inkişafı, dünyada olan mövqeyi beynəlxalq mafiyanın diqqətindədir. Azərbaycandan daşınan narkotiklərin 90 faizi əfqan mənşəlidir.

Ölkəmizin beş cənub rayonu, Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən əfqan mənşəli narkotiklər daxil olur. Ölkəyə daxil olan narkotiklərin 80 faizi həmin beş rayondan daxil olur.

Ölkəmizə daxil olan narkotik vasitələr Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...