18 ildir həyat yoldaşı yoxdur, amma...
Gəncə sakini olan Tağı dayı 18 ildir həyat yoldaşının vəfat etməsinə baxmayaraq onu tək buraxmır.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, onun sədaqəti və vəfası çoxlarını təsirləndirir.
Tağı Tağıyev: "Səhər piyada 4-5 kilometrlik məsafəni qət edib onun məzarına gedirəm. Nə qış, nə yay, nə payızın fərqi yoxdur. 1999-cu ilin iyun ayının 9-u torpağa tapşırdım. Basdıranda dedim ki, nə qədər əlim-ayağım tutur səni unutmayacam. Ona görə ki mənim bir kəlməmi iki eləməzdi. Bir il hər gün gedib- gəldim. Sonra günaşırı. İndi isə həftənin 2, 4 və 6-cı günləri gəlirəm.
Elə olur ki, əlavə günlər də gəlirəm. 18 ildə cəmi 3 gün işlə əlaqədər gələ bilməmişəm. Gecə yuxuma girib dedi ki, elə bildim ağrıdın, ona görə gəlmədin. 1966-cı ildə ailə qurduq və 4 uşağımız oldu. Onun məzarının yanında bağ salmışam. Həyətimdə əkdiyim 5 illik tut ağacını kökündən çıxarıb burada əkmişəm. Üstünə yazmışam ki, yeyin, amma qırmayın. Bu meyvələrdən bir dənə də yeməmişəm. 41 il qaz idarəsində qaynaqçı işləmişəm. Saat kimi işləyirdim. Onu itirəndən sonra belə oldum. Onu unutmayacam".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub