Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq və imtahan prosesini yaxından izləyəcək.
DİM-dən Mynews.az-a daxil olan məlumata görə, bu gün ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.
Xatırladaq ki, iyunun 28-də isə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub