Azərbaycandan bu il həcc ziyarətinə gedəcək kvota tamamlanıb.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, Azərbaycan həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onu sözlərinə görə, həcc ziyarətinə gedənlərin sayı məlumdur:
“Həcc ziyarətinə gedənlərin sayı xidməti personalla birlikdə 1440 nəfər idi. Həmin say tamamlanıb. Heç bir nəfərlik də yer yoxdur. Sənədləri hazırdır. Hotellər bron edilib.
Yaxın günlərdə viza məsələsi həll olunacaq. Zəvvarların yola salınması avqustun 12-dən 16-na kimi davam edəcək. Sentyabr ayının 1-5-i arası onların geri dönməsi planlaşdırılır”.
Həmdulla Babayev həcc ziyarətində Azərbaycanın kvotasının azaldılması məsələsinə də münasibət bildirib:
“Həcc ziyarətinə gedən zəvvarların sayının azaldılması məsələsindən söhbət gedə bilməz. Sadəcə olaraq, hotellər əvvəlcədən bron edilib.
Bəzi adamlar sənəd qəbulundan sonra gəlmək istəyirlər. Təəssüflər olsun ki, bizim onları qəbul etmək ixtiyarımız yoxdur. Biz istəsək də, indi onun sayını artıra bilmərik. Gələcəkdə kvotanın sayı artırıla bilər”.
QMİ rəsmisi qeyd edib ki, gələcəkdə həcc ziyarətinə avtobusla getmək mümkün ola bilər:
“İraq və Suriyadakı məlum münaqişələrdən dolayı hələlik o yollar bağlıdır. Ölkə təminatı olandan sonra həcc ziyarətinə getmək alına bilər. Hələlik bu məsələ gündəmdə deyil”.
O vurğulayıb ki, hər bir inanclı insan həcc ziyarətinə gedə bilər:
“Kiminsə pulu yoxdur, amma borc alır ki, həcc ziyarətinə getsin. Bu düzgün deyil. Amma kimisə imkanlı adam göndərirsə, artıq onun boynunda haqdır və getməlidir.
Hazırda gedişhaqqı 4 min 150 dollardır. Əməliyyatlar dollarla aparıldığı üçün zəvvarlardan da ödəniş dollarla alınır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub