Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin səhhəti pisləşib.
Mynews.az xəbər verir ki, o Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib və orada işə başlayıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.
Azərbaycan Lenin Komsomolu Mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni laureatıdır. 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olandan sonra oradan çıxıb. Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilib.//APA
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub