Ölkənin turizm zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son zamanlar ölkəyə çoxlu sayda turistlər gəlir və mövsümi xarakter daşıyan istirahət zonalarında insanlar kütləvi şəkildə qidalanır.
“Gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq”.
Bundan başqa, agentlik məktəbəqədər təhsil müəssisələrində, orta və ali təhsil müəssisələrində qidalanma rasionlarına nəzarəti həyata keçirəcək:
“Uşaqların qida təhlükəsizliyi çox önəmlidir. Yaxın zamanlarda Təhsil Nazirliyinə bununla bağlı bildirişlər təqdim ediləcək. Daha sonradan həmin müəssisələr üzərində nəzarət həyata keçiriləcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub