Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.
Mynews.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, Azərbaycanın artıq 10 regionunda bununla bağlı yeni texnologiyalar quraşdırılıb:
“Daxili İşlər Nazirliyindən aldığım məlumata görə, sentyabrdan etibarən prosesin özünə başlanılacaq”.
Qeyd edək ki, bu məsələ “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub