"Kontakt-Home" əhalini görün necə aldadır Daha bir şok İDDİA

614
"Kontakt-Home" əhalini görün necə aldadır Daha bir şok İDDİA

Kontakt-Home" mağazalar şəbəkəsindən daxil olan şikayətlərin ardı-arası kəsilmir. Bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O qeyd edib ki, İqtisadiyyat naziri Şahin Mustafayevə göndərilən şikayətlər də heç bir nəticə vermir.

Mynews.az xəbər verir ki, GoldNews.Az mağazalar şəbəkəsindən daxil olan daha bir şikayəti oxuculara təqdim edir:

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri cənab Eyyub Hüseynova Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus.120, ev.70-də yaşayan Qarabağ müharibəsi veteranı Ağakişiyev Musa Şahsuvar oğlu  tərəfindən
Ərizə: 

"Yazıb sizə bildirirəm ki, oğlum Ağazadə Vüqar Musa oğlu 14.05.2018-ci il tarixində "Kontakt Home"-un Binəqədi rayonu, Atatürk pr.ev.65 B (Maqazin tel. nömrəsi 533 01 01) olan mağazadan "Samsung Galaxy-J2" markalı telefonu 2 illik qızıl zəmanətlə alıb. 1-ci ayın ödənişini vaxtından əvvəl edib.Telefonda problem yaranıb. Aldığı mağazaya müraciət edib, oğluma bildiriblər ki,telefonu servisə apar. Əgər telefona kənar müdaxilə olunmayıbsa, servis bizə özünün zavod qüsuru ilə olsa, biz mağazaya onların rəyi nəticəsində götürə bilərik. Bayram günləri olduğuna görə Şıxəli Qurbanov küçəsi 17-19-da yerləşən "Link Servis" işləmirdi. İyunun 26-sı servisə təhvil verib.

İyunun 30-da telefonu servisdən götürəndə telefonun zavod qüsuru olduğuna görə mağazaya təhvil verə bilərsiniz (orta düyməsi, geri düyməsi, səs azaldıb-çoxaldan düyməsi işləmirdi). Telefonun qiyməti 480 AZN-dir. Mağazaya təhvil verdi. Ondan sonra oğluma bildirdilər ki, əgər 1-ci alınan telefon zavod qüsuru olsa, təhvil verəndən sonra 2-ci telefon götürsən, 50 % güzəşt olacaq.

"Kontakt Home"-da 2-ci telefon "Samsung Galaxy-J5" mağazada 499 AZN olan telefonu oğluma 744 AZN-ə veriblər və təhvil verdiyi telefonuda ödənişini tələb edirlər. Hər 2 telefonun qızıl zəmanəti hər biri 90 AZN. Mən 2 dəfə servisə və alınan mağazaya müraciət etdim. Heç bir nəticə əldə edə bilmədim. Servis bildirdi ki, biz arayışı ələ yox, birbaşa mağazaya göndərmişik. Siz mağaza ilə həll edin. Mağazada bildirir ki, bizdə qanun belədir. Hara istəyirsiniz müraciət edin. Məndən zavod qüsuru olan telefonu təhvil verdiyim halda ödəniş tələb edirlər. "Kontakt Home" kredit şöbəsindən 20 İyulda mənə zəng edib bildirdilər ki, 1-ki, aldığınız telefonunda pulu ödənməlidir. Mən onlara iradımı bildirdim ki, hansı qanunda göstərilir ki, təhvil verilən telefona aylıq kredit ödənilsin?.

Kredit şöbəsi bildirdi ki, bizə o haqda bir şey bildirməyiblər. Oğlum işdən qalıb, ora-bura getməyə vaxtı yoxdur. Ona görə mənə etibarnamə verib ki, mən bu işlə məşğul olum. Sizdən xahiş edirəm bir Qarabağ veteranı kimi mənim oğlumun itirilmiş hüquqlarını bərpa edəsiniz. Təhvil veriilmiş telefonun ödənişi dayandırılsın. Biz Dövlətimizə, qanunlarımıza inanırıq, ona görə də sizə müraciət edirəm.
Sizdən artıq dərəcədə xahiş edirəm əvvəl bir vətəndaş kimi, Qarabağ Veteranı kimi mənə bu işdə köməklik edəsiniz".

Xəbər lenti