70 yaşlı kişi qocalar evinə qəbul edilmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyib.
Mynews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, Yaşar Quliyevin görüntülərdə dediyi fikirlər həqiqəti əks etdirmir:
“Pensiya yaşına çatan, qocalar evində qalmağa ehtiyacı olan hər kəs müəssisəyə yerləşdirilə bilər. Nazirlik tərəfindən həmin vətəndaşı axtarırıq ki, nə üçün belə məlumat verdiyini aydınlaşdıraq”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlunun övladları tərəfindən küçəyə atılması ilə bağlı video yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub