Tanımadığı qadının çantasını xilas etməyə çalışarkən suda boğulanNəzir Maksimovun dayısı danışıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az-a açıqlama verən Rövşən Mahmudov bildirib ki, Nəzir Peterburqda iş təklifi aldığı üçün Azərbaycanı tərk edibmiş:
“Nəzir Bakıda müxtəlif yerlərdə aşbaz işləyib. Gözəl aşbaz idi. Bu səbəbdən də ona iş təklifi gəldi. Maaş yüksək olduğu üçün getdi. Nəzir çox qanacaqlı, tərbiyəli uşaq idi”.
Dayısı qeyd edib ki, ailənin iki övladı var:
“Nəzirin bir bacısı var idi. 22 yaşı var idi. Atası taksi sürücüsü, anası isə çamaşırxanada işləyir. Bizimlə hadisə olmadan əvvəl danışmışdı. Bildirdi ki, avqustda Bakıya gələcək. Vətənə qayıtmasını gözləyirdik, amma meyiti gəldi”.
Qeyd edək ki, iyulun 23-də Peterburqda tanımadığı qadının çantasını xilas etmək istəməsi 22 yaşlı azərbaycanlı Nəzir Maksimov üçün faciə ilə bitib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub