“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.
Mynews.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “facebook” hesabında paylaşıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir:
“Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.
Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.
Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.
Səslənən fikirlərə cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlama verib.
“Səslənən fikirlərə cavab olaraq deyə bilərəm ki, test tapşırıqlarında hər hansı yanlışlıq yoxdur”.
Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub