Nazirlər Kabineti “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nı təsdiq edib.
Mynews.az xəbər verir ki, bu qayda məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.
Qaydalara görə, sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir.
Sifarişçi “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün mərkəzlərə müraciət etməlidir.
Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən, sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub