Azərbaycan tank biatlonunda liderlərin beşliyindədir
Rusiyalı hərbçilər “Tank biatlonu” yarışının ikinci günündə sürəti 70 km/saat-a qaldıraraq, yarışda yeni sürət rekordunu müəyyən ediblər.
Mynews.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında müsabiqənin hakimi, general-mayor Roman Binyukov deyib.
Onun sözlərinə görə, Rusiya komandasının nəticəsi 19 dəqiqə 37 saniyə olub.
“Tank biatlonu – 2018” müsabiqəsinin iki günü ərzində keçirilən fərqi yarışların nəticələrinə görə, Rusiya komandası liderdir. Onu 21 dəqiqə ilə Çindən olan tankçılar izləyir. Üçüncü yeri 22 dəqiqə 37 saniyə ilə Belarus, dördüncünü 24 dəqiqə 42 saniyə ilə Qazaxıstan tutub. Azərbaycan isə siyahıda beşincidir. Komandamız finiş xəttinə 25 dəqiqə 25 saniyəyə çatıb.
Yarışlar davam edir – qarşıdakı günlərdə komandaların 2-ci və 3-cü ekipajı fərdi mübarizəyə qatılacaq. Keçiriləcək 28 müsabiqədə 32 ölkədən olan 189 komanda iştirak edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 972 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 568 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 567 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 560 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 557 dəfə oxunub