Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında 1969-cu il təvəllüdlü, Tovuz rayonunda doğulan fəhlə Əhmədov Yaşar Məmmədəli oğlu "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihara cəhd edib. Bu isə yenidən müzakirələrə səbəb olub. Belə ki, bir zamanlar sözügedən ərazidə intensivləşən intihar hallarının qarşısını almaq məqsədilə həmin körpü yaxınlığında mühafizə postu qurulsa da intihara cəhd hadisəsi yenidən təkrarlanıb. Baş nazir Novruz Məmmədovun zəngi nəticəsində intihara cəhd edən şəxs fikrindən daşınıb və xilas edilib.
Əgər həmin ərazidə polis postu qurulmuşdusa, bu gün səhər saatlarında vətəndaş Əhmədov Yaşar Məmmədəli oğlu körpüyə necə çıxa bilib? Həmin əraziyə nəzarət edən polislər cəzalandırılacaqmı?
Mynews.az xəbər verir ki, bununla bağlı bizimyol.info Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə açıqlamasında məzuniyyətdə olduğunu, hadisədən məlumatsız olduğunu bildirib: "Mən işlə bağlı bir neçə gün işdə olmayacağam. Mümkünsə, intihar hadisələri ilə bağlı prokurorluqla əlaqə saxlayın. İntihar hadisələrinə prokurorluq orqanları cavabdehdir. Polislərlə bağlı isə heç nə deyə bilmərəm, məzuniyyətdəyəm deyə bu gün baş verən hadisədən xəbərsizəm".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub