Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlıQuliyev Yaşar Bəhlul oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.
Mynews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Fazil Talıbov bildirib ki, son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda Y.Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub:
“Nazirlik əməkdaşları həmin videodan sonra Yaşar Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər. Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub