Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" şirkətinin ofisinə basqın etməkdə təqsirləndirilən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Əliyev 11 il, A.Kambarov və K.Süleymanovun hər biri 8 il, R.Əhmədzadə 9 il, O.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən "Ailə" TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı götürərək hadisə yerindən qaçıb.
Həmin şəxslər Nizami rayonunda lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gəlməklə 1250 manat pulu ələ keçiriblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın", 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci "qəsdən sağlamlığa ağır xəsarət yetirmə" maddələri ilə ittiham olunublar.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub