Xərçəng xəstəliyindən ölən sənətkarlarımız SİYAHI

650
Xərçəng xəstəliyindən ölən sənətkarlarımız SİYAHI

Çoxlarının "Toppuş bacı” kimi tanıyıb sevdiyi əməkdar artist Tünzalə Əliyevə xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə "Həyat” Fondunun rəhbəri, tanınmış aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən, bu xəstəliyə qurban gedən aktyor və aktrisalarımız  az olmayıb.

Mynews.az modern.az-a istinadən həmin sənət adamlarını təqdim edir.

Azərbaycan Televiziyasının aparıcısı, diktor  Rafiq Hüseynovağciyər xərçəngindən əziyyət çəkib. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub. Diktor 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti, aktyor  Fuad Poladov Milli Onkologiya Mərkəzində müalicə alırdı. Onun səs tellərində problem yaranmışdı və danışmaqda çətinlik çəkirdi. Aktyor 5 may 2018-ci ildə vəfat edib.

Sovet və Azərbaycan kino və teatrının əvəzedilməz aktyoru, əməkdar artist Hamlet Qurbanov da uzun müddət xərçəng xəstəsi olub. Aktyor 1995-ci ildə, 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.

Əməkdar artist Coşqun Rəhimov neçə illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova uzun müddət süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında bu xəstəlik səbəbilə dünyasını dəyişib.

Əməkdar artist Kübra Əliyeva da uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkib. Ağır əməliyyatlar keçirən K.Əliyevanın müalicələri hazırda da davam edir. Aktrisa hətta müalicəsi zamanı saçlarını da tamamilə qırxdırmağa məcbur olmuşdu. Eyni zamanda onun döşlərinin ikisini də amputasiya olunub.

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov dünən dünyasını dəyişib. 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu. O da xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xəbər lenti