Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, iyulda milli parkları ziyarət edənlərin sayı altı ay ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, altı ay ərzində milli parklara, ümumilikdə, 24261 turist səfər edib. Bunlardan 21 min 223-ü yerli, 3038-i isə xarici vətəndaşdır. Təkcə iyul ayında milli parklara 25 min 590 turist gəlib ki, bunların da 24 min 291-ni yerli, 1299-nu isə xarici vətəndaşlar təşkil edib.
Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.
Xatırladaq ki, turistlər nazirliyin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən “Xidmətlər” bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də fəaliyyət göstərir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub