Azərbaycanda meşə və çöl ərazilərinin yanğınının 97 faizi insan faktoru ilə bağlıdır.
Mynews.az xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir:
“Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir:
“Yəni ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq”.
F.Əlizadə qeyd edib ki, sonsuza qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil:
“Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub