Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
Təhsil Nazirliyindən Mynews.az-a bildiriblər ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.
Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.
Namizədlər avqustun 8-dək elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçəcəklər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlamalıdırlar.
Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub