Qida Təhlükəsizliyi Agentliyi Aşqabadda beynəlxalq tədbirdə iştirak edib

645
Qida Təhlükəsizliyi Agentliyi Aşqabadda beynəlxalq tədbirdə iştirak edib

Türkmənistanın paytaxtı Aşqabad şəhərində I Qafqaz və Mərkəzi Asiya regional qidalanmanın inkişafı və əməkdaşlıq platformasının görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da iştirak edib.

Agentlikdən Mynews.az-a verilən məlumata görə, görüş çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssisləri tərəfindən sağlam qidalanma və qidalanma vərdişləri ilə bağlı regionda və dünyada aparılmış təhlillər və onların nəticələri müzakirə olunub. Regionda qeyri-sağlam və zəif qidalanmanın uşaqlar arasında mədə genişlənməsi, bəstəboyluluq və qeyri-infeksiyon xəstəliklərin artmasına, bunun isə ictimai problemə səbəb olmasını bildirib. Daha sonra regionda sağlam qidalanmanın inkişafı ilə bağlı yaranmış boşluqlar və bu sahədə görülmüş işlər ilə bağlı üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.

Tədbirin sonunda Regional Platformanın iki il sonra keçiriləcək ikinci iclasına qədər sədrlik vəzifəsi Qazaxıstana həvalə olunub.

Qeyd edək ki, tədbirdə üzv ölkələrin təmsilçiləri ilə yanaşı, İran İslam Respublikası və Serbiya Respublikasından olan mütəxəssislərlə birlikdə, ümumilikdə, 8 ölkədən nümayəndə iştirak edib. Tədbir BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə keçirilib.

Xəbər lenti