USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Xətainin heykəlini ziyarət edənlər cərimələnəcək 20 AZN

18:12 14.03.2017
Xətainin heykəlini ziyarət edənlər cərimələnəcək 20 AZN
18:12 14.03.2017
Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da bundan əziyyət çəkənlər də az olmayacaq.
 
Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək. Heykəl heç bir yerə köçürülməsə də, ona yaxınlaşmaq da tamamilə məhdudlaşdırılıb.
 
Cebhe.info əməkdaşı sözügedən ərazidə olub. 
 
Məlum olub ki, böyük tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunda nəzərdə tutulduğu kimi 20 AZN cərimə olunacaqlar.  
 
Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik.

Xəbər lenti