Rusiya hökuməti Federal Təhlükəsizlik Xidmətinin Xəzər dənizində təhlükəsizlik məsələləri ilə əməkdaşlıq protokolunu təsdiqləyib.
Sənəd bu gün hüquqi informasiya portalında yerləşdirilib.
Mynews.az xəbər verir ki, sənəddə FTB tərəfindən təqdim olunan və Rusiya XİN və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış protokol layihəsinin təsdiqləndiyi deyilir.
Sənəd sərhəd idarələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini nəzərdə tutur və 2010-cu il noyabrın 18-də bağlanmış Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinə əlavədir.
Hökumət FTB-yə protokolu imzalamağı tapşırıb. 2010-cu il noyabrın 18-də Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən razılaşma imzalanıb.
Hərbi aspektlər bu sazişin predmeti hesab olunmur. Razılaşma Xəzərin hüquqi statusunu müəyyən etmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub