Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən "Təmiz hava" aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.
DİN Mətbuat Xidmətindən Mynews.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Astarada rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq reyd zamanı sərxoş halda avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub