Xəstəlik səbəbilə həyatını itirən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri bir neçə ay öncə yerli mediada yayımlanmışdı. Lakin onun dəfnində ikinci xanımının iştirak etməməsi reperin evliliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.
Xüsusilə, Nağılbazın anası Şərqiyyə Cəbiyevanın ikinci gəlini Aytənhaqda açıqlamaları birmənalı qarşılanmamışdı. Sosial şəbəkə istifadəçiləri Cəbiyevanı yalan danışmaqda ittiham edərək, belə bir şəxsin olmaması barədə iddialar səsləndirmişdi.
Mynews.az-ın məlumatına görə, Oxu.Az reperin nikah şəhadətnaməsini əldə edib.
Belə ki, şəhadətnamədə Nağılbazın 25 yanvar 2018-ci il tarixində Aytən Həmidova ilə evləndiyi qeyd olunur.
Şərqiyyə Cəbiyevanın açıqlamalarına görə, Aytən xaricdədir və xərçəng xəstəliyindən əziyyət çəkir.
Qeyd edək ki, Anar Nağılbazın ilk evliliyi Anjelika Cəbiyeva ilə olub. Onlar qalmaqallı şəkildə boşanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub