Avtobusda daha bir sərnişin əxlaq normalarını pozaraq digər sərnişinləri təhqir və təhdid edib.
Mynews.az Xəzər xəbərə istinadən məlumat verir ki, avtobusda bir nəfər oğlanla mübahisə edən qadın daha sonra nalayiq ifadələr işlətməyə başlayıb.
Qadının nalayiq ifadələrinə etiraz edən sərnişinlər onun danışığına diqqət etməsini tələb edirlər. Ancaq bu anda qadın daha da aqqressivləşir və digər sərnişinlərlə də mübahisə etməyə başlayır.
Aqqressiv qadın digər qadın sərnişini bıçaqlamaqla hədələyir.
Hətta yaşlı qadın sərnişin avtobusu tərk etdikdən sonra da görüntülərdə olan bu qadın vulqar sözlərdən istifadə etməyə davam edir.
Onu da qeyd edək ki, bu ictimai nəqliyyatda rast gəlinən ilk belə hal deyil. Buna bənzər hadisələr dəfələrlə yaşanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub