Bakı şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətləri ilə birgə paytaxtımızda fəaliyyət göstərən iri restoran və şadlıq evlərinin sahibləri ilə maarifləndirici görüşlərini davam etdirir. Mynews.az xəbər verir ki, SİA-ya Bakı Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, görüşlərin keçirilməsində əsas məqsəd restoran və şadlıq evlərindən atmosferə zərərli qazların, tüstünün və kəskin qoxunun buraxılmasının, paytaxtın ekologiyasının çirklənməsinin qarşısını almaqdır.
Tədbirlərdə sahibkarlara bildirilib ki, atmosferin çirklənməsinin qarşısını almaq məqsədi ilə restoranların tüstü bacalarında xüsusi filtr quraşdırılmalıdır. Vətəndaşlara izah edilir ki, filtr quraşdırılmayan restoran və şadlıq evlərinin sahibləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnəcək. Belə ki, cərimənin məbləği quraşdırılacaq qurğulara verilən puldan qat-qat çox olacaq. Sahibkarlara bir daha bildirilir ki, məqsəd normlara cavab verməyən restoranları cərimələmək deyil, əgər belə olsaydı, heç bir xəbərdarlıq etmədən cərimələr yazılardı. Məqsəd cərimələmək yox, problemi tam olaraq aradan qaldırmaqdır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlarla, sahibkarlarla görüşüb onları maarifləndirir ki, problem həllini tapsın. Çünki bunun başqa həll yolu yoxdur. Bunu üçün də böyük restoran və şadlıq evlərinin sahiblərinə vaxt verilib ki, 15 gün ərzində təmizləyici qurğuları quraşdırsınlar. Bununla da siz paytaxtın ekologi təmizliyini qorumuş olacaqsınız.
Qeyd edək ki, belə tədbirlər artıq Bakının Nizami, Xətai, Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Sabunçu rayonlarında keçirilib və bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub