Bakıda məktəblərin birinci sinifinə qəbulla bağlı yeniliklər olacaq. Artıq valideynlər uşaqlarını öz seçdikləri müəllimin sinfinə qoya biləcəklər. Üstəlik yaşı 8-dən yuxarı olan şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq.
Mynews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransında bu barədə danışan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevanın sözlərinə görə bunun üçün valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim etməlidir. Tam olaraq, qeydiyyatdan sonra lazımi sənədləri məktəbə çatdırılmalıdır. Bu zaman uşaqların məktəbə aparılması şərt deyil.
Sektor müdiri əlavə edib ki, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər Bakı Şəhəri üzrə təhsil idarəsində yaradılmış komissiyaya müraciət etməlidir.
Digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub