Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, ölkəmizin qocaman neftçi-aliminə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub. Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.
Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirib, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub