Bu gün imtahan nəticələri ilə bağlı tədbir keçiriləcəkdi, amma fövqəladə hal baş verdi. Həmin halla bağlı açıqlama verəcəyik.
Mynews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış versiyası paylaşılıb:
“Hər bir abituriyent imtahan verəndən iki gün sonra onun bal arayışı hazır olur. Hətta onun cavab kartının qrafik təsviri də internetdə verilir. Sonuncu imtahan iyulun 26-da keçirilib və bu vaxta qədər hər hansı abituriyent nəticə pozuntuları ilə bağlı müraciət etməyib.
Əsgərli İbrahim yaz imtahanında 410 bal, yay imtahanında isə 451 bal toplayıb. Cavab kartları oxunan zaman bizim işçimizi xüsusi mühafizə işçiləri müşahidə edir. Kartlar qapalı arxivə vurulur, möhürlənir. O kartları bizim açmaq imkanımız yoxdur. Abituriyentin 596 bal toplaması saxtadır. Bu iddia qəbul olunmur”.
Məleykə Abbaszadə qeyd edib ki, DİM məhkəməyə müraciət edəcək:
“Biz xəbəri yayan ekspertdən təkzib etməsini istədik, lakin etmədi, ona görə də onu məhkəməyə verəcəyik. Bu məsələni nə biz, nə valideyn ictimailəşdirib. Valideynlərdən biri bizim əməkdaşlarla birlikdə xüsusi mühafizə orqanının əməkdaşı və bir media nümayəndəsi ilə möhürlənmiş yerdən kartları götürüb baxsınlar”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub