Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb.
İdarədən Mynews.az-a verilən məlumata görə, Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün və bu gün hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb.
Bildirilib ki, Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, Azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib: "Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub