Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonlarında piyada səkilərinin yoxlanması prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəyyən olunub ki, səkilər bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub, ya da standartlara cavab vermir.
F.İsmayılov bildirib ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane törədir.
BNA rəsmisi qeyd edib ki, rayon İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub